XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 11:44

Ekspert:“Bahalaşma davam edəcək, inhisar qiymətlərin enməsinə imkan vermir”

bazar

“Bu ilin sonuna qədər ərzaq məhsullarının bahalaşması davam edəcək, daha sonra bəzi malların qiyməti enəcək. Konkret hansı malların bahalaşacağını demək çətindir. Amma orta hesabla bahalaşma 10 faiz təşkil edəcək.

Strateq.az bildirir ki, bu sözləri ekspert Nəriman Ağayev “Exo” qəzetinə müsahibəsində deyib.

Ekspert qeyd edib ki, fevral ayının əvvəlində Azərbaycanda dollar ucuzlaşsa da, bu, qiymətlərin aşağı düşməsi ilə nəticələnməyib. N.Ağayevə görə, bunun səbəbləri var: “İnhisar qiymətlərin enməsinə imkan vermir. Bu gün Azərbaycanda rəsmən liberal iqtisadiyyat mövcuddur, bu səbəbdən dövlət qiymətə müdaxilə etmir. Amma gerçəkdə belə deyil”.

N.Ağayev hesab edir ki, bundan sonra dollar dəyər qazandıqca, qiymətlər də yüksələcək: “İndi isə bahalaşma davam edəcək. Çörək və ya çörək məmulatları bahalaşmayıb. Amma çəkiləri azalıb, bununla belə bu sahədə də qiymət artımı dalğası olacaq”. N.Ağayev vurğulayır ki, ay ərzində ətin, yağın, süd məhsullarının, meyvə və bostan bitkilərinin qiymətləri bahalaşıb. Son günlər paytaxtda mal əti 11-12 manata satılır.