XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2017 - 11:53

Balakən gömrük məntəqəsində 50 məişət əşyası müsadirə olundu

gomruk

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual – Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb.

Avtomobilə təkrar baxış zamanı, yük yerində "invoys"da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd "Silver" markalı toster, 3 ədəd "PO602" markalı pizza bişirən elektrik sobası, 15 ədəd "PİMAK" markalı 4 seksiyalı və 2 ədəd "PİMAK" markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.