XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 12:26

Saxta diplom satmış sabiq rektorun məhkəmədə halı pisləşdi

mehkeme

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədovun işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Hakim Zabil Hüseynovun sədrliyi ilə keçirilməli olan məhkəmə prosesinin təxirə salınmasının səbəbi təqsirləndirilən şəxsin səhhətində qəfil problem yaranması olub. Hakim məhkəmə prosesinin qeyri-müəyyən tarixə təxirə salındığını elan edib.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının rektoru olub və 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial bağlanıb. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

R.Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə ittiham olunur.