XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 16:54

Ötən il 3000-dən çox vətəndaş zəhərlənmə ilə bağlı “Semaşko”ya müraciət edib

evez hateminin xestexanasinda

2016-cı ildə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə ambulator qaydada 3000-dən çox xəstə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, toksikologiya üzrə stasionar şöbəyə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfər – dərman, 500 nəfər – dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

 Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.