XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2017 - 15:47

Buraxılış imtahanlarında inşalara veriləntələblər açıqlanıb

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər və inşa (esse) mövzularına aid nümunələri açıqlayıb.

Mərkəzdən "Trend"ə bildirilib ki, ümumi təhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. İmtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələr (azərbaycan və rus dilində) http://tqdk.gov.az/news/school-leaving/2776/ linkində təqdim edilib.