XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Fevral 2017 - 16:39

AMEA Kitabxanası Vikipediyada Milli Qəhrəmanlar barədə 3 dildə yazı yerləşdirib

   amea viki

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və  vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEAMərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK-dən Strateq.az-a verilən məlumata görə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar – Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:

Albert  Aqarunov  – italyan, fransız, ispan, alman

Əlif Hacıyev   – fransız, ispan

Əliyar Əliyev – ispan, fransız, alman

Vəzir Orucov – inglis, ispan