XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 21:19

Avtomobillərin parklanması qaydaları dəyişir –VİDEO

maşın

Avtomobillərin parklanması ilə bağlı yeniliklər ediləcək. Prezidentin fərmanına əsasən, növbəti 4 ay ərzində ölkədəki bütün parklanma yerləri qeydə alınacaq, həmin yerlərdən istifadə üçün ödənişin məbləği dəqiq müəyyənləşdiriləcək.

Eyni zamanda parkomatların ətrafında yaşayan və avtomobili orada saxlamağa məcbur olan şəxslərə xüsusi talonlar veriləcək.

Strateq.az  Xəzər TV-yə istinadən xəbər verir ki, parklanma yerlərinə xüsusi foto və video avadanlıqlar vasitəsilə nəzarət ediləcək və ödəniş etməyən sürücü avtomotik qaydada cərimələnəcək.

Tapşırığa əsasən, yol polisi tərəfindən iyulun 1-nə kimi bütün avtomobil sahiblərinin mobil telefon nömrələri mərkəzi informasiya sisteminə daxil edilməlidir.

Fərmana əsasən, parklanma yerinin təşkili ilə yerli icra hakimiyyəti orqanı məşğul olmalıdır.