XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 12:45

Sabaha olan hava proqnozu açıqlandı –Bakıda 12 dərəcə isti olacaq

hava 00

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir