XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 16:03

Dünən Bakıda sürəti saniyədə 32 metrə çatan külək əsib

hava

Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.

 Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. “Küləklər şəhəri” deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".