XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 21:43

Cocuq Mərcanlıda 50 evin tikiləcəyi ərazi minalardan təmizləndi –ANAMA-dan açıqlama

cocuq-mercanli

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, həmin ərazilər ANAMA tərəfindən tamamilə təmizlənib, tikinti şirkətləri artıq orada təməl qoyma, ərazilərin, evlərin planlaşdırılması işlərini həyata keçiriblər, tikintiyə başlayıblar.

A.Aslanov vurğulayıb ki, ANAMA artıq ərazilərin növbəti təmizləmə mərhələsinə keçib: "Biz artıq Cocuq Mərcanlıda daha 150 evin tikilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlamışıq. Həmçinin paralel olaraq kəndin ətrafında əkin sahələrində əməliyyatlar aparırıq".

Trend