XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 18:04

Qobustanda 1000 hektar sahədəaqropark yaradılacaq

Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq.

Rayon icra hakimiyyətindən Azərtac-a bildirilib ki, aqroparkda əsasən taxıl və yem bitkiləri əkiləcək. Burada, habelə 100 hektarda üzüm bağı da salınacaq. Həmçinin 100 başlıq cins heyvandarlıq kompleksinin, mini süd emalı zavodunun inşası da nəzərdə tutulur.

Qeyd edək ki, aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılıb. Layihəyə əsasən, Qozluçaydan 14 kilometr məsafədən su xətti çəkiləcək və su ərazidə tikiləcək dəryaçaya axıdılacaq. Buradan isə nasoslarla sahələrə vurulacaq.