XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 18:53

Diplomların tanınma prosesi niyə gecikdirilir? –Ekspertdən Təhsil Nazirliyinə etiraz

diplom

"Xaricdə təhsil alıb, ölkəyə qayıdan tələbələrin diplomlarının qeydiyyatdan keçirilməsi mərhələsi həddən artıq gecikdirilir”.

Bunu Sherg.az-a 900-dən çox təhsil sənədinin tanınmamasına münasibət bildirərkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

Təhsil eksperti bu cür gecikmələrin baş vermə səbəbini anlamadığını söyləyib:

"Diplomların, xüsusilə xaricdə təhsil alanların diplomlarının qeydiyyatdan keçməsi vacib məsələdir. Ancaq prosesin yerinə yetirilmə mexanizmi bir çox narazılıqlara səbəb olur. Mənə Rusiyada təhsil almış xanım müraciət edib ki, 6 aydan artıqdır ki, diplomu tanınmayır. Xanım 6 aydır diplomunun tanınmasını gözləyir, amma bu baş tutmayıb. Düzdür, diplomların yoxlanması, həqiqiliyi, saxta olub-olmamağının analizi vacibdir, ancaq vaxtın özü müasir şəraitdə, informasiya texnologiyalarının inkişaf etmiş səviyyədə olması baxımından gecikmələrin olmasına zəmin verməməlidir. Bu o deməkdir ki, həmin mexanizmin həyata keçirilməsinə əngəllər yaradılır. 

Bu zaman isə haqlı olaraq diplom sahibləri narazılıqlarını ifadə edirlər. Maraqlanan şəxslərə Təhsil Nazirliyindən cavab verilir ki, diplomunuz yoxlanmadadır. Sorğu keçirilir ki, Türkiyədən, Rusiyadan ya da başqa ölkələrin universitetlərlə əlaqə saxlayıb, yoxlayırlar. Amma bu proses belə uzun çəkməməlidir. Müəyyən vaxt çərçivəsi lazımdır ki, bu insanlar da narazı qalmasın. Aylarla diplomlarına cavab verilməsini gözləyən insanlar var. Gecikmənin prosesin yerinə yetirilməsini həyata keçirənlərin peşəkarlıq səviyyəsindən ya nədən asılı olmasını deyə bilmərəm. Lakin bu qədər gecikmələrin baş vermə səbəbini anlaşılan deyil”.

Qeyd edək ki, Təhsil Nazirliyinə ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması məqsədi ilə ötən il 2 958 müraciət daxil olub. Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, 2015-ci ildən qalan müraciətlər da daxil olmaqla, ümumilikdə 1 828 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə mənfi cavablandırılıb.