XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 20:38

Bakı-Sumqayıt yolunda baş verən qəzanın şahidi danışdı –VİDEO

qeza-mikro-sumqay

Bakı-Sumqayıt yolunda baş verən qəzanın şahidi, yol kənarında nasaz vəziyyətdə dayanan yük maşınının sürücüsü danışıb.

ARB TV xəbər verir ki, sürücü maşını nasaz olduğuna görə yol kənarında saxladığını bildirib.

“Axşam maşını saxlamışıq burda. Maşın nasaz olduğuna görə. Yəni bütün ehtiyat tədbirlərini görmüşük, “znak”dı, daşdı, lentdi. İki dənə “Ford” yarış eliyərkən biri qaçırda bilməyib girib “Zil”in arxasına”, – sürücü İkram Səfərov bildirib

Qeyd edək ki, xəsarət alanlar Emin Həmidov, Lalə Həsənzadənin vəziyyəti ağır olaraq qiymətləndirilir və tələbə Rəsul Sadıqov nisbətən yüngül xəsarət aldığı üçün ambulator müalicəyə göndərilib.

Baş verən hadisə ilə bağlı 2 sürücü saxlanılıb.

Bunlar “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 41 yaşlı Namiq Hüseyinov və “Zil” markalı yük maşınının sürücüsü Elvin Şəmistanlıdır.

Faktla bağlı cinayət işi başlanılıb.