XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 21:12

“Sosial sığorta haqqında” Qanuna dəyişiklik –Prezident təsdiqlədi

ilham-eliyev-imzalama

Bu gün Prezident İlham Əliyev "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa da dəyişiklikləri nəzərdə tutan yeni qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971) aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu maddənin ikinci hissəsinin birinci bəndinə, 13-cü maddənin ikinci hissəsinə, 21-ci maddənin birinci hissəsinin birinci və doqquzuncu bəndinə "şəxsləri,” sözündən sonra "publik hüquqi şəxslər,” sözləri əlavə edilsin.

2. 13-cü maddənin üçüncü hissəsinə (birinci halda) "şəxslərin,” sözündən sonra "publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.