XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2017 - 11:29

Bakının mərkəzində pulsuz “Wi-Fi” xidməti  işə başlayır –Nazirlikdən açıqlama

 

vifi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.

İB-dən  bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində "Wi-Fi" şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.

Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.