XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2017 - 13:09

“45 yaşınadək pulunuz olmayıbsa, daha olmayacaq” –ABŞ Maliyyə Nazirliyinin alimləri

dollar

"The Telegraph" yazır ki, insanlar ömür boyu var-dövlət əldə etməyə can atırlar, lakin alimlər bunun hardasa 45 yaşadək mümkün olduğunu isbat ediblər.

2015-ci ildə ABŞ Maliyyə Nazirliyinin alimləri bu nəticəyə gəlmişdilər ki, insan 45 yaşınadək varlanmayıbsa, bundan sonra sərvət sahibi olması çətin ağlabatdır. Belə bir nəticəyə gəlməzdən əvvəl alimlər Sosial Təminat Administrasiyasının 1978-ci ildən bu yana olan gəlirlər barədə sənədlərini araşdırıblar. Bu sənədlərdə müxtəlif insanların gəlirləri və onların əldə edilməsi barədə təfərrüatlar olur.

Araşdırmadan bəlli olub ki, "orta amerikalı" maliyyə uğurlarının təməlini əmək fəaliyyətinin ilk oniliyyində qoyur. Bu isə adətən 25-35 yaşları arasına təsadüf edir.

35 yaşından sonra gəlirlərin artım sürəti adətən yavaşıyır, 45 yaşında isə qazancın pik nöqtəsi çatır və durğunluq başlanır. Jurnalist Daniell Pakett "Washington Post" qəzetində yazır:

"Zuckerbergsayağı varlı olmaq istəyirsinizsə, əsas ibrət dərsi belədir: Əlinizdə olandan cavankən möhkəm yapışın. Pulunuzu pul gəldikcə yığın, maaş artımını nə qədər tez tələb etsəniz, o qədər yaxşıdır". /Musavat.com