XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 15:32

“Xruşovka”ların yerində yeni binaların inşasını özəl şirkətlərhəyata keçirəcək

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhəri ərazisində “Xruşovka”ların sökülməsi və yerində hündürmərtəbəli binaların inşası özəl şirkətlərin hesabına həyata keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib.

E.Əsədov qeyd edib ki, sökülmə prosesi müəyyən mərhələlərdən ibarət olacaq. İlk növbədə şəhərsalma sənədləri hazırlanmalı və müvafiq orqanlarla razılaşdırılmalıdır. İkinci mərhələdə tikinti işləri gedən sahələrdə sakinlərin və mənzillərin sayı ilə bağlı dəqiq araşdırma və təhlillər aparılmalı və Tədbirlər Planı təsdiq olunmalıdır.

Üçüncü mərhələdə isə layihələndirmə işlərinə başlanılacaq, söküləcək binalarla əlaqədar işlərə start veriləcək.

Tikinti işləri başa çatdıqdan sonra orada tikilmiş binaların istismarına icazə, sənədlərin çıxarılması və bir çox məsələlər öz əksini tapacaq.