XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 12:23

AMEA-nın prezidenti:“Cəmiyyətimiz uzun müddət elmlə sahibkarlığı bir yerdə görə bilməyib”

akif elizde

“Azərbaycan cəmiyyəti uzun müddət elm ilə sahibkarlığı bir yerdə görə bilməyib. Lakin "Elm haqqında" qanunda sahibkarlıq fəaliyyəti ilə bağlı ayrıca bəndin daxil edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinə AMEA-nın funksiyaları sırasına sahibkarlığın da daxil edilməsi sahibkarlar üçün bu imkanı yaradıb.

Bunu AMEA-nın prezidenti Akif Əlizadə bu gün Bakıda "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm bə tədqiqatların rolu" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanda dayanıqlı inkişafda elmin mühüm rol oynaması dövlətin bu sahəyə nə dərəcədə diqqət göstərməsini bariz şəkildə göstərir:

"Biz Azərbaycan elminin cağırışlarını həm milli maraqlar, həm də beynəlxalq cağırışlara uyğun müəyyənləşdirməliyik. Sahibkarlıqda təşviq edilən, istehsalatda tətbiq edilən elmi tədiqiqat işləri aparmaq və müasir idarəetmə sistemləti yaratmaq lazımdır. Elm əmək bazarında əsas tərəflərdən biri olmaq funksiyasını həyata keçirməlidir". /Trend.az