XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 06:50

İçərişəhərə giriş məhdudlaşdırılacaq

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri aprel ayında İçərişəhərdə davam edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Strateq.az-a daxil olan xəbərə görə, filmin çəkilişləri ilə əlaqədar aprel ayının 1-dən 14-ünə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Aprel ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

çəkilişlər əsasən İçərişəhərin Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.

çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.