XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 14:47

Baş nazirin müavini:“Ölkədə qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil”

bazar

“Bu yaxınlarda Novruz bayramı qabağı bazardakı qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifidir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdim. Bunu öz gözlərimlə gördüm. Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər”.

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. O qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayramqabağı qiymətlər qalxır, amma bu, belə olmamalıdır: "Ticarətçilər bayramqabağı müştərilərinnin çoxaldığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır".

Baş nazirin müavini bildirib  ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: “Hökumət olaraq, vəzifə borcumuz bazardakı qiymətlərin qalxmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm".