XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

16 Mart 2017 - 17:11

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə prorektor təyin edilib

bayram

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə yeni vəzifəyə təyinat alıb.

Modern.az saytı xəbər verir ki, Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib.

B.Hüseynzadə uzun müddət Təhsil Nazirliyində  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti ölkə başçısının sərəncamı ilə 2016-cı ilin noyabrında keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədovdur.