XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 11:50

Qəbul imtahanlarından sonra sınaq imtahanı keçirilməsi… –DİM-in qərarı narazılıq yaradıb

imtahan 2

Dövlət İmtahan Mərkəzi (DİM)16 mart 2017-ci tarixindən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlərdən elektron sənəd qəbuluna başlayıb.

2017-ci il ərzində keçiriləcək imtahanların qrafiki qurumun rəsmi saytında yerləşdirilb(http://tqdk.gov.az/news/events/2030/).. 

Strateq.az Modern.az-a istiandən  xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarının keçirilmə tarixini mayın sonuna salması abituriyentlərdə narazılıq yaradıb. Belə çıxır ki, sınaq imtahanları ilk qəbul imtahanlarından sonraya salınıb.

Məsələyə təhsil eksperti Kamran Əsədov da münasibət bildirib: 

 "Bildiyiniz kimi, hər il DİM (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanları keçirirdi. Lakin bu il keçriləcək sınaq imtahanları (27.05.17 və 11.06.17) çox gec tarixə salınıb. Hətta ali məktəblərə keçiriləcək ilk qəbul imtahanından sonraya düşür (aprel-may). Belə çıxır ki, toydan sonra nağara? Abituriyent ilk növbədə sınaq imtahanında özünü yoxlamalıdır, sonra qəbul imtahanında iştirak etməlidir.

Növbəti uyğunsuzluq: rus bölməsi abituriyentlərinin Azərbaycan dili üzrə keçiriləcək imtahan tarixi ikinci qəbul imtahanın tarixi (11.06.17) ilə üst üstə düşür. Hələ imtahanlar başlamayıb, indidən abituriyent və valideynlərin əsəbləri ilə oynayırlar”.

Xatırladaq ki, sınaq imtahanlarında bir dəfə iştirak üçün 20 manata ödəniş müəyyənləşdirlib.