Paytaxtın bəzi yollarında sürət həddi azaldılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, artıq sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.
Onun sözlərinə görə, Bakının Böyükşor yol qovşağı – Heydər Əliyev Beynəlxalq Aeroportu – Mərdəkan dairəsi – Bilgəh, eləcə də Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb:
“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”.
Anspress.com