XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2017 - 20:23

Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləribayram günlərində işləyəcək

Novruz Bayramı ilə əlaqədar qeyri-iş günü olmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinə (KTN) tabe olan bir sıra qurumlar işləyəcək. 

Bu barədə “Report”a KTN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, bu, keyfiyyət yoxlamasının vaxtında həyata keçirilməsi məqsədi daşıyır: “Bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər”.