XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2017 - 14:58

Türkiyədə azərbaycanlılara Novruz şənliyi keçirməyə icazə verilməyib–Fövqəladə vəziyyət

novruz turk

Türkiyənin Kocaeli vilayətində azərbaycanlılara Novruz şənliyi keçirməyə icazə verilməyib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Kocaeli vilayətinin Körfəz şəhərində Körfəz Azərbaycan Kültür və Yardımlaşma Dərnəyi martın 21-də saat 19.00-da şəhər bələdiyyəsi ilə birlikdə Novruz şənliyi keçirməyə hazırlaşırdı. Bu tədbir üçün hər cür hazırlıq görülüb. Lakin Körfəz Kaymakamlığı tədbirin keçirilməsinə icazə verməyib.

Dərnəyin başqanı Abdullah Salar bunları deyib: “Mərasimi Körfəz bələdiyyəsi ilə birlikdə təşkil etmişdik, hər cür hazırlıq görmüşdük. Dəvətnamələr də çap edilmişdi. Ancaq Türkiyədə elan edilmiş fövqəladə vəziyyətlə bağlı kaymakamlıq bu il Novruz şənliyinin keçirilməsinə icazə vermədi. Dövlətimizin qərarına hörmətlə yanaşırıq. Bu il Novruz şənliyi keçirməyəcəyik”.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Bu qərar hələ də qüvvədədir.