XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 17:57

Rusiyada satışda intihara sövq edən saqqızlar aşkarlanıb –FOTO

intihar saqiz

 

Rusiyanın Orenburq vilayətinin prokurorluğu və Daxili İşlər Nazirliyi ticarət şəbəkələrindən “ölüm qrupları”na üzv olmağı və intiharı təbliğ edən saqqızların yığışdırılması üçün reydlərə başlayıb.

Uşaq və yeniyetmələri intihara sövq edən belə qruplar sosial şəbəkələrdə yaradılıb.

Orenburq şəhərinin mağazalarından könüllülər tərəfindən intihar təlimatları əks olunmuş kağızlara bükülmüş 80-ə yaxın belə saqqız nümunələri aşkar edilərək götürülüb.

2016-cı ildə Rusiyada intiharların sayı ötən illlərlə müqayisədə 60 faiz artıb. Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Anna Kuznetsova bu qorxulu artımın səbəbini sosial şəbəkələrdə fəaliyyət göstərən “ölüm qrupları” ilə bağlayır. Məsələn, “Vkontakte” və “Instagram” sosial şəbəkələrində yaradılmış “göy balina” (“синий кит") qrupu uşaqları oyuna qoşulmağa, müxtəlif tapşırıqları yerinə yetirməyə və sonda intihar etməyə çağırır. Rusiya İstintaq Komitəsi uşaqlarda intihara meyli aşkarlamağa yardım məqsədilə valideynlər üçün yaddaş kitabçası dərc edib. Kitabçada valideynlərə övladlarında əhval-ruhiyyənin, yuxunun pozulması, iştahın zəifləməsi, intiharla bağlı informasiyalara maraq göstərməsi, özünü uğursuzluqda təqsirləndirməsi hallarının yaranmasına diqqətli olmaq, uşaq və yeniyetmələrdə belə hallar aşkar edildikdə onlarla açıq söhbət etmək, dostları və müəllimləri ilə danışmaq tövsiyə edilir.

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidməti KİV-lərə intihar haqqında informasiyalarda təfsilatlara varmamağı, emosional reportajlar hazırlamamağı məsləhət görür.