XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 11:05

Ən çox milyarder ABŞ-dadır:prezident Donald Tramp 200 pillə geriləyib - "Forbes"

forbes

 

«Microsoft» şirkətinin yaradıcılarından olan Bill Geyts yenə də "Forbes" jurnalının milyarderlər siyahısında başda durur.

ABŞ prezidenti Donald Tramp isə 200 pillədən çox geriləyib. Bu barədə dərgi bazar ertəsi məlumat yayıb. Sərvəti 86 milyard dollar həcmində dəyərləndirilən Geyts  artıq 4 ildir siyahının başındadır.

Ondan sonra «Berkshire Hathaway» şirkətinin rəhbəri Uorren Baffett gəlir. İlk onluqda əsasən texnologiya sektorunda çalışan amerikalılar üstünlük təşkil edir. Baffettin sərvəti 75.6 milyard dollar dəyərindədir.

Siyahıda 3-cü yeri «Amazon» şirkətinin yaradıcısı Ceff Bezos tutur. Dünyada milyarderlərin sayı ötən il 13 faiz artaraq 2 min 43 nəfərə çatıb. Bu, «Forbes»un bu siyahını tərtib etdiyi 31 il ərzində ən böyük illik artımdır.

Ən çox milyarder – 565 nəfər ABŞ-dadır. Çində 319, Almaniyada 114 milyarder var.