XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 11:27

İki ayda dəmir yolu ilə 400 min sərnişin daşınıb –Statistika Komitəsi

demiryol

Dəmir yolu nəqliyyatı ilə 2017-cı ilin yanvar-fevral ayında 2,9 milyon ton yük, 389,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 29,2 faiz, sərnişin daşınmasında isə 38,4 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 369 vaqon yüklənib, 449 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton, Cənub istiqaməti üzrə isə 1,2 min ton yüklənmə işi yerinə yetirilib.