XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 13:46

Bu il 233 tələbəköçürülüb

Bu il 233 nəfər tələbə elektron qaydada seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ildən etibarən, təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib. Onlardan 233 nəfəri seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.