XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 13:18

Azərbaycan və Rusiya arasındapul köçürmələrinin həcmi azalıb

2016-cı ilin IV rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 149 mln. dollar təşkil edib.
 

“APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin IV rübü ilə müqayisədə 32 mln. ABŞ dolları və ya 17,68% azdır.
 
Ötən ilin IV rübünü III rübü ilə müqayisə edəndə məlum olur ki, oktyabr-dekabr aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 5 mln. ABŞ dolları və ya 3,25%-lik azalma olub. Ümumiyyətlə, ötən ilin II rübü ilə müqayisədə, III rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 5 mln. ABŞ dolları və ya 3,14%-lik azalma olub. 2016-cı ilin I rübü ilə müqayisədə isə II rübdə bu göstərici 55 mln. ABŞ dolları və ya 52,88%-lik artım olub. Ötən ilin son rübü ilə I rübü ilə müqayisə edəndə isə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmində 45 mln. dollar və ya 43,27% artımın müşahidə olunduğunu görərik.

Xatırladaq ki, 2016-cı ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 104 mln. dollar idisə, II rübdə 159 mln. dollar, III rübdə 154 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi daha çox III rübdə, ən az isə I rübdə olub.
 
Məlumata görə, ötən ilin IV rübündə Rusiyadan Azərbaycana 127 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22 mln. ABŞ dolları və ya 14,77% azdır. Ötən ilin oktyabr-dekabr aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 484 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2015-ci ilin IV rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 149 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 485 ABŞ dolları olub.
 
2016-cı ilin III rübü ilə müqayisədə IV rübündə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 7 mln. ABŞ dolları və ya 5,22% azalıb. Ötən ilin II rübü ilə müqayisədə III rübdə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 3 mln. ABŞ dolları və ya 2,19% azalıb. 2016-cı ilin I rübü ilə müqayisədə II rübündə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmi 53 mln. dollar və ya 63,1% artıb.
 
Xatırladaq ki, I rübdə hər əməliyyat üzrə orta hesabla 354 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 846 mln. ABŞ dolları həcmində, II rübdə hər əməliyyat üzrə orta hesabla 490 ABŞ dolları olmaqla 137 mln. ABŞ dolları həcmində, III rübdə hər əməliyyat üzrə orta hesabla 469 ABŞ dolları olmaqla Rusiyadan Azərbaycana 134 mln. ABŞ dolları həcmində, IV rübdə hər əməliyyat üzrə orta hesabla 484 ABŞ dolları olmaqla Rusiyadan Azərbaycana 127 mln. ABŞ dolları həcmində vəsait köçürülüb.
 
Ötən ilin IV rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda da azalma müşahidə olunub. Belə ki, 2016-cı ilin oktyabr-dekabr aylarında hər əməliyyat üzrə orta məbləğ 459 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 21 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2015-ci ilin müvafiq dövründəkindən 11 mln. ABŞ dolları və ya 34,38% azdır. Başqa sözlə, 2015-ci ilin dördüncü rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 551 ABŞ dolları olmaqla ümumilikdə 32 mln. ABŞ dolları həcmində vəsait daxil olub.
 
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin IV rübünü III rübü ilə müqayisə edəndə məlum olur ki, IV rübdə şimal qonşumuza pul axını 1 mln. ABŞ dolları və ya 5% artıb. Ötən ilin III rübünü II rübü ilə müqayisə edəndə məlum olur ki, III rübdə şimal qonşumuza pul axını 2 mln. ABŞ dolları və ya 9,09% azalıb. Ötən ilin ilk üç ayı ilə sonrakı üç ayını təhlil etsək, görərik ki, II rübdə ölkədən şimal qonşumuza pul axını 3 mln. ABŞ dolları və ya 15,79% artıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 19 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 22 mln. ABŞ dollarına qədər artıb. 2016-cı ilin I rübündə hər əməliyyat üzrə orta məbləğ 461 ABŞ dolları, II rübdə 460 ABŞ dolları, III rübdə 501 ABŞ dolları təşkil edib.
 
Ümumiyyətlə, 2015-ci il ilə müqayisədə 2016-cı ildə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 28% azalıb. Başqa sözlə, 2016-cı ildə bu göstərici 565 mln. ABŞ dolları təşkil edibsə, 2015-ci ildə müvafiq olaraq 782 mln. ABŞ dolları təşkil edib.

Beləliklə, başa vurduğumuz ildə hər əməliyyat üzrə orta hesabla 452 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 483 mln. ABŞ dolları, Azərbaycandan Rusiyaya isə hər əməliyyat üzrə orta hesabla 469 ABŞ dolları olmaqla ümumilikdə 82 mln. ABŞ dolları məbləğində vəsait köçürülüb. Xatırladaq ki, 2015-ci ildə hər əməliyyat üzrə orta hesabla 484 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 627 mln. ABŞ dolları, Azərbaycandan Rusiyaya isə hər əməliyyat üzrə orta hesabla 626 ABŞ dolları olmaqla ümumilikdə 155 mln. ABŞ dolları məbləğində vəsait göndərilib. Başqa sözlə, 2015-ci il ilə müqayisədə ötən il Rusiyadan Azərbaycana pulköçürmələri 22,97%, Azərbaycandan Rusiyaya isə 47,1% azalıb.
 
Ötən il Rusiya ilə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə transsərhəd pulköçürmələrinin həcminə görə, MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Belə ki, 2015-ci ildə Rusiya və Özbəkistan arasında pul köçürmələrin həcmi 1 975 mln. ABŞ dolları, Qırğızıstanla 1 272 mln. ABŞ dolları təşkil edib. Azərbaycan siyahıda 6-cı yerdə dayanıb.