XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2017 - 10:51

Ekspert:“Ölkə əhalisinin illik qida norması  dünya standartlarıından xeyli azdır”

“Azərbaycan əhalisi Dünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli az ərzaq istehlak edir”.

Strateq.az bildirir ki, bu sözləri azadlıq.info-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov bildirib.

Ekspert hesab edir ki, xüsusən yüksəkkalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: «İllik adambaşına ət və ət məhsulları üzrə istehlak norması 84 kiloqram olduğu halda, ölkə əhalisi cəmi 33 kiloqram ət qəbul edir. Süd və süd məhsulları norması 360 kiloqram müəyyən olunub. Ancaq il ərzində 248 kiloqram süd və süd məhsulları istehlak edilir. Balıq və balıq məhsulları üzrə norma 20 kiloqramdır. Azərbaycanda ildə adambaşına cəmi 6 kiloqram balıq düşür. Yumurta norması 280 ədəd müəyyənləşib. Halbuki, adambaşına 155 ədəd yumurta düşür».

V.Məhərrəmov deyib ki, Azərbaycanda adambaşına orta hesabla 2242 kilokalori düşür: «Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir».

V.Məhərrəmovun deməsinə görə, Azərbaycan bu siyahıda MDB ölkələrindən yalnız Tacikistanı geridə qoyur.

Ekspert hesab edir ki, bu, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməməsindən xəbər verir.