XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 11:10

Ekspert:“Dövlət büdcəsi sağmal inək deyil”

«Avropada qədimi bordyurların qorunduğu çoxsaylı şəhərlər var. Baxmayaraq ki, onlar bir neçə 100 il öncə qoyulublar. Amma çox yaxşı vəziyyətdədir. Azərbaycanda isə əks proses baş verir. 2-3 il öncə qoyulan mərmər və ya qranit bordyurlar artıq bu gün təmirə ehtiyac hiss edir».

Bu sözləri ekspert Nəriman Ağayev bəzi parklarda yerə döşənmiş sürüşkən mərmər plitələrlə bağlı problemi “Exo” qəzetinə şərh edərkən deyib. Yazıda vurğulanır ki, bu mərmərlər qarda-buzda təkcə sağlamlığa ziyan vurmur, elə büdcəyə də ağır yükdür.

N.Ağayev deyib ki, bütün bunlar da dövlət büdcəsinin dağıdılmasına yol açır: «Dövlət büdcəsi sağmal inək deyil. Odur ki, Hesablama Palatası bu məsələni öz nəzarətinə götürməlidir. Çünki söhbət dövlət vəsaitlərinin dağıdılmasından gedir».

Ekspert deyib ki, mərmər bordyurların tez-tez dəyişdirilməsi və təmiri dövlətə iqtisadi baxımdan milyonlarla ziyan vurur.

N.Ağayev hesab edir ki, bu kütləvi «mərmərləşdirmə»dən qazanan məmurlar məsuliyyətə cəlb edilməlidirlər: «Burada söhbət büdcə pullarının silinməsindən gedir . Ümumiyyətlə, dövlət büdcəsinin idarə edilməsi sistemində qayda yaratmağın vaxtı çoxdan çatıb».