XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 17:53

AMEA prezidenti:“Elmi müəssisələrin birləşdirilməsi və ləğv edilməsi  gündəmdə deyil”

Azərbaycanda elmi müəssisələrin birləşdirilməsi və onlardan bəzilərinin ləğv edilməsi məsələsi hazırda gündəmdə deyil.

Bunu "Trend"ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, hazırkı dövrdə Azərbaycandakı elmi müəssisələrin birləşdirilməsinə ehtiyac yoxdur.

A.Əlizadə qeyd edib ki, elmi müəssisələrin birləşdirilməsi üçün ilk növbədə təhlillər aparmaq lazımdır:

"Lakin AMEA tərəfindən hələ bu istiqamətdə təhlillər aparılmayıb. Buna görə də elmi müəssisələrin birləşdirilməsi məsələsi hələ nəzərdə tutulmayıb".