XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 00:18

Ünvanlı Sosial Yardım niyə verilmirdi? –Rəsmi açıqlama + VİDEO

Bəzi vətəndaşların Ünvanlı Sosial Yardım (ÜSY) ala bilməməsinin səbəbləri açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondu sosial yardımı elektron yolla alanlara 2 aydır pul ödənməməsinə aydınlıq gətirib.

Məlumata görə, əsas səbəb elektron sistem tərəfindən yardım alan vətəndaşların məlumatlarının yoxlanılmasıdır.

DSMF-nin sektor müdiri Kənan Əkbərovun sözlərinə görə, mart ayı ərzində 153 min vətəndaşa 155 manat məbləğində sosial yardım ödənilib. Ünvanlı sosial yardımın veriləcəyi tarix də müəyyən edilib.

Vətəndaşlar gəlirləri və ailə tərkiblərində dəyişiklik olarsa, dərhal 5 iş günü müddətində Fonda məlumat verməlidirlər. Əks halda onlara sosial yardımların verilməsi dayandırılır.

Ünvanlı sosial yarımın alınmasında hansısa suallar və müraciətlər olarsa, vətəndaşlar 142 saylı çağrı mərkəzinə müraciət edə bilərlər(XəzərTV).