XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 11:49

Azərbaycanlı real aykidoçular Fransada uğurla çıxış etdilər- FOTO

Azərbaycan Beynəlxalq arenada bir daha yüksək səviyyədə təmsil olundu.

25 mart 2017 tarixdə Fransada keçirilmiş "32-ci Beynəlxalq Döyüş Növləri Festivalı" – da vətənimizi Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev və 1-ci asistenti, 1-ci Dan qara kəmər ustası İsrafil Məmmədbəyli layiqincə təmsil edib. 

Onlar Ümumdünya Real Aykido Federasiyası tərəfindən çıxış üçün festivala dəvət olunmuşdur. İdmançılarımız Fariz və İsrafil eyni zamanda Ümumdünya Real Aykido Federasiyasının 1-ci yığmasının yeganə Azərbaycanlı üzvləridirlər.

Qeyd edək ki, sözü gedən festivala hər il dünyanın yalnız ən güclü idman ustaları dəvət olunurlar.

Eyni zamanda 20.000 izləyicinin canlı olaraq izlədiyi bu festival Avropanın bir çox televiziyalarında canlı göstərilib.