XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 09:37

İnsanın ağ ciyərlərinin yeni funksiyaları kəşf edilib

ABŞ-ın San-Fransisko Universitetinin tədqiqatçıları ağ ciyərlərin əvvəl açılmayan funksiyasını aşkarlayıblar.

AZƏRTAC “natureworldnews.com” saytına istinadla xəbər verir ki, ağ ciyərlər qan istehsalında mühüm rol oynayır. Belə ki, onlar dövriyyədə olan qan trombositlərinin yarıdan çoxunu istehsal edirlər.

Əvvəllər qan istehsalı yalnız sümük iliyi ilə bağlı idi. Alimlər ağ ciyərlərdə dolaşan meqakariositlərin (trombositləri istehsal edən hüceyrə) daha əvvəl kəşf etsələr də, bunu sümük iliyi ilə əlaqələndirirdilər. Möcüzəli kəşf canlı siçanın ağ ciyərində videomikroskopiya təcrübəsi aparılmaqla aşkarlanıb. Yeni cihaz vasitəsilə ağ ciyərlərdə dövr edən trombositlərlə immun sistemi arasında bağlılığın olduğu öyrənilib. Real zaman ərzində siçanın trombositlərini izləmək üçün onun geninə yaşıl flüoressensiya zülalı (GFP) vurulub. Müşahidə əsnasında aşkar olunub ki, meqakariositlər trombosit istehsal etmək üçün sümük iliyindən ağ ciyərlərə qədər yol keçir. Nəticədə ağ ciyərlərin saatda 10 milyondan çox trombosit istehsal etdiyi üzə çıxıb.

Araşdırma zamanı, həmçinin ağ ciyər toxumalarının kənarında əvvəllər gizli olan qanın kök hüceyrələrinin və meqakariositlərin əcdad hüceyrələrinin böyük miqdarı aşkarlanıb.