XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2017 - 10:45

Küləklə əlaqadar “Azərişıq”  gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

"Azərişıq" ASC-dən  verilən məlumata görə, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər tam nəzarətə götürülüb: "Bütün regionlarda, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, maşın-mexanizmlərimiz  hazır vəziyyətə gətirilib.

Son illərdə paylayıcı elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır".

Hazırda ölkə ərazisində elektrik enerjisinin verilişində heç bir problem yoxdur. /APA