XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 12:55

BDU-da tələbə təqaüdləri 3 aydır niyə verilmir? –“Təhsil Nazirliyindən bu məqsədlə bizə 1 manat da verilməyib”

“Universitetlər artıq iki aydır tələbələrə təqaud vermirlər. Hər dəfə bir şeyi yalandan bəhanə edilər. Amma tələbələrə rəsmi olmasa da, dolayısı ilə çatdırıblar ki, təqaudlər  bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına görə verilmir”.

Bu haqda Gununsesi.info-ya  Bakı Dövlət Universitetinin bir qrup tələbəsi bildirib. Tələbələr iddia edirlər ki,  təqüdlərin verilməsinin dayandırılması  “yuxarı”nın tapşırığıdır: “Etiraz edəndə də deyirlər ki,  kim səsini çıxarsa, onu universitetdən  xaric edərik”.

Məsləni araşdırmaq üçün Bakı Dövlət Universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri  Məzahir Sultanovla əlaqə saxladıq. Rektorun maliyyə məslələri üzrə müşaviri 2017-ci ilin ilk 3 ayında  tələbələrin təqaüd almadığını təsdiqləyib.

Təqaüd probleminin yaranma səbəblərini açıqlayan M.Sultanovun sözlərinə görə, əvvəllər bu proses professor-müəllim heyətinin əmək haqqısı hesabına həyata keçirilib: “İndi isə bizdə bu vəsait yoxdur. Tələbələrə təqaüd dövlət tərəfindən ayrıca formada, smetaya uyğun olaraq ayrılır. 2017-ci ilin yanvar, fevral və mart ayları üçün Təhsil Nazirliyindən bu məqsədlə bizə 1 manat da verilməyib.  Təqaüdün verilməməsindən isə söhbət belə gedə bilməz. Sadəcə, ləngimələr var. O ki qaldı İslam Həmrəyliyi Oyunlarına görə təqaüdlərin tələbələrə verilməməsinə, belə bir şey mümkün deyil. Hazırda tələbələr üçün ayrılan vəsaitin təsdiqi hörmətli baş nazir Arut Rasi-zadədir. Bildiyimiz qədəriylə artıq təsdiq olunub,  bu gün-sabah sənədləri Maliyyə Nazirliyinə yollayacaqlar. Yəni, təqaüdlərin verilməsində  bizdən asılı olmayan səbəblərdən ləngimə var”– deyə, o, bildirib.

M.Sultanov qeyd edib ki, BDU-da  20 mindən çox tələbə tələbə təhsil alır. Onlardan da təxminən 9-10 min arası tələbə təqaüd alır: “Təqaüdün ləngiməsi bütün ali təhsul müəssisələrində olan  problemdir. Vəsaitin açılmasını gözləyirik. Açılan kimi bütün ayların təqaüdünü tələbələrə  birlikdə ödəyəcəyik”.