XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 17:30

Sürücülərin diqqətinə:Bu küçələrdə də hərəkət məhdudlaşdırılır

 

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.