XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 18:12

Cocuq Mərcanlıda evlərin tikintisi may ayında başa çatacaq

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 fərdi evin və məktəb binasının tikintisi may ayının sonunadək başa çatacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulması işləri sürətlə davam etdirilir: “Kənddə ilkin olaraq 50 fərdi evin və məktəb binasının tikintisi aparılır. Prezidentin tapşırığı ilə kənddə Şuşa məscidinin bənzəri inşa olunur. May ayının sonunadək kənddə tikinti işləri başa çatacaq”.

Ə.Həsənov vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin adı indi dünya mətbuatında qeyd olunur: “Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrin media orqanlarının və səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edildi. Bütün dünya bildi ki, erməni silahlılarının 1993-cü ildə 3-4 aylıq işğal dövrü ərzində həmin kənd darmadağın edilərək yer üzündən silinib. Onlar gördülər ki, erməni vandalizmi nədir. Səfirlər çıxış etdilər, mövqelərini bildirdilər. Bütün bunlar dünya mediasında işıqlandırıldı. Hesab edirik ki, bu kəndin bərpası üçün Prezidentin tapşırığı əsasında görülmüş işlər bütün dünyaya səs saldı, ermənilərin işğal altında saxladıqları və darmadağın etdikləri ərazilərimiz haqqında daha mükəmməl məlumatın dünyaya yayılmasında böyük rol oynadı”.