XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 18:40

Orqanizmin müqavimətini artıran maddə –Sink barədə nə bilirk?

“İnsan orqanizmində 1.5-3 qram sink var. Yəni qadınlarda 15, kişilərdə isə 2.5-3 qram. Onun 60 faizi sümük və əzələ toxumasında, 20 faizi isə dəridədir. Elementin ən yüksək səviyyəsi eritrosit və leykositlərdə, kişilərdə isə prostat vəzisi və spermada olur”.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova bildirib.

Həkim deyib: “Bu elementin insan orqanizmində funksiyası zülalların, yağların və karbohidratların sintezi və parçalanmasında iştirak etməkdir. Bundan əlavə sink orqanizmdə leykositlərin, anticisim, hormonların fəaliyyətinə təkan verir. Orqanizmin müqavimətini artırır. Bundan əlavə sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyur, antioksidant təsiri göstərir. Sink 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştirak edir.

Sinkin məsləhət görülən sutkalıq dozası 10-15 milliqramdır. Bədəndə sink defisiti özünü müxtəlif formalarda büruzə verə bilər. Belə ki, bu çatışmazlıq depressiya, əsəbilik, immun sistemin zəifləməsi, infeksiyalara həssaslığın artması, xroniki mədə-bağırsaq xəstəlikləri, alkoqol serrozu və digər qaraciyər xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə bu elementin orqanizmdə azlığı diareya, iştahanın itməsi, çəkinin azalması, qanazlığı, furunkulyoz, dermatit, ekzema, trofik yaralar kimi dəri xəstəlikləri ilə də müşahidə oluna bilər. Orqanizmdə sink çatışmazlığı insulin miqdarının azalması, şəkərli diabetin inkişafı və erkən qocalmaya da yol aça bilər.

Qida məhsullarında təbii sink mənbələri maya, balqabağı və küncüt tumu, araxis, yumurta, dənli çörək, qoz, araxis yağı, qara gavalı, yaşıl soğan, turp və s.

Orqanizmdə sinkin artıqlığı mədə-bağırsaq pozğunluqları, baş ağrıları, bu element tərkibli birləşmələrlə zəhərlənmə ilə müşahidə oluna bilər. Bundan əlavə sink artıqlığı misin və dəmirin mənimsənilməsini çətinləşdirir.

Sinkin artıq dozalarda qəbulu ürəyin işemik xəstəliyi, ateroskleroz, birinci aoteosorkomaya səbəb ola bilər”.