XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 13:06

Bu gündən ödənişli elektronsınaq imtahanları başlayır

Bu gündən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ödənişli elektron sınaq imtahanına start verilib.
 
Lent.az-ın məlumatına görə,  elektron sınaq imtahanı aprelin 1-dən 9-dək keçiriləcək.  Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.
 
İştirakçıların nəzərinə çatdırırıq ki, bu tarixlərdə olan bütün imtahanlarda eyni test tapşırıqlarından (bir variant) istifadə olunur. Ona görə də, sizə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmağınız kifayətdir. 
 
Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır. Elektron sınaq imtahanının ödənişi 10 manatdır.