XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 16:57

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi“Azərsu”nu məhkəməyə verib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı “Azərsu” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.

Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh – “Azərsu” ASC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.