XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 19:20

Hepatit B-ni ilk dəfə Parkinson xəstəliyi iləəlaqələndiriblər

Oksford Universitetinin tədqiqatçıları ilk dəfə müəyyən ediblər ki, hepatit B virusu (HBV) Parkinson xəstəliyi riskini yüksəldir.

Azərtac “Naked Science” jurnalına istinadla xəbər verir ki, hepatit C-dən fərqli olaraq HBV fiziki və kimyəvi təsirə çox dayanıqlıdır və tez-tez kəskin formada təsadüf olunur.

Müəlliflər HBV-li 21 633, hepatit C viruslu 48 428, habelə xroniki aktiv hepatit deyilən autoimmun hepatiti və insanın immun çatışmazlığı virusu (İİÇV) olan 30 329 nəfərin xəstəlik tarixçəsini nəzərdən keçirərək, onları Parkinson xəstəliyinin riski səviyyəsinə görə 6 132 124 sağlam adamla müqayisə ediblər. Nəticələr göstərib ki, xroniki aktiv autoimmun hepatiti, İİÇV ilə parkinsonizm arasında statistik baxımdan əhəmiyyətli korrelyasiya müşahidə olunmur. Amma digər infeksiya formaları ilə müqayisədə HBV-yə yoluxan pasiyentlərdə Parkinson xəstəliyinə tez-tez təsadüf edilir. Hepatit C-dən əziyyət çəkən pasiyentlərdə də bu risk yüksək sayılır.

Alimlərin fikrincə, bu məlumatlar hepatit B və C viruslarına yoluxan pasiyentlərdə Parkinson xəstəliyi riskinin yüksək olduğunu göstərir.