XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2017 - 23:49

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı –VİDEO

Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. 

Strateq.az "Xəzər TV”yə istinadən xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7, 8, 9qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir. Həm bazarda, həm də marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq, artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm də satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir.