XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Aprel 2017 - 10:33

Bu gündən Bakının bəzi küçələrində hərəkət tam məhdudlaşdırılacaq –SİYAHI

 

Bakı şəhərində 4 ərazidə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Bununla əlaqədar olaraq,bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, Heydər Əliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi – Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bundan başqa, axşam saat 22:00-dan səhər saatlarınadək isə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də anoloji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.