XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 15:37

Dövlət İmtahan Mərkəzi:Ali və orta ixtisas məktəblərinə 56 min abituriyent sənəd verib

Dövlət İmtahan Mərkəzi: Ali və orta ixtisas məktəblərinə 56 min abituriyent sənəd verib

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

 Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 4-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib.

Qeyd olunan tarixə qədər elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.