XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 10:36

Azərbaycan bankları işçilərininsayını azaldır

Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları filiallarının sayını 6 ədəd azaldaraq 563-ə endirib.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, əvəzində bank sektorunda şöbələrin sayı 4 ədəd artaraq 135 olub.

2 ay ərzində banklara məxsus bankomat qurğularının sayı isə cəmi 1 ədəd artaraq 2 462 olub.

Hesabat dövründə bank işçilərinin sayı isə 285 nəfər azalaraq 16 662-yə düşüb. Bunun 266 nəfəri işini fevralda itirib.