XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2017 - 11:19

Bakıda 3 yeni yarımstansiyatikiləcək

Qarşıdakı üç il ərzində Azərbaycanda 3 yarımstansiya tikiləcək. “Report”un məlumatına görə, bu məsələ Azərbaycan Prezidentinin "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanında yer alıb.

Fərmanda deyilir ki, həmin yarımstansiyaların gücü 220 kV olacaq. Belə ki, əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi 2018-2020-ci illər üzrə Azərbaycan dövlət büdcəsi layihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.

Qeyd edək ki, gücü 110 kV-dan çox olan bütün yarımstansiyalar “Azərenerji” ASC-nin balansındadır.