XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Aprel 2017 - 13:17

Nazirlik:"Aprelin sonuna kimi hotellərdəki yerlərin 80-85 faizi tutulub"

Son vaxtlar Azərbaycana ərəb ölkələrindən, İran, Türkiyə və Rusiyadan gələn turistlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin açılışı münasibəti ilə Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11,7 faiz artıb və bu rəqəm 2 milylon 242 min 780 nəfər təşkil edib: "Əsasən, ərəb ölkələri, İran və Rusiyadan gələn turistlərin sayı çopxalıb. Ərəb ölkələrindən gələn turistlərin sayı bəzi ölkələrlə müqayisədə 10-15, bəzi ölkələrlə müqayisədə isə hətta 20 dəfə çoxdur. Viza rejiminin sadələşdirilməsi bu sayın artmasına təkan verən əsas səbəbdir. Eyni zamanda, Azərbaycanın müsəlman ölkəsi olması, burada məscidlərin fəaliyyət göstərməsi də rol oynayır".

A.İsmiyev qeyd edib ki, hazırda İrandan quru yolla daha çox turistin gələ bilməsi üçün işlər aparılır.

A.İsmiyev bildirib ki, əldə olunan məlumatlara əsasən, bu il aprel ayının sonuna kimi hotellərdəki yerlərin 80-85 faizi artıq bronlaşdırılıb.